“Ermənistan indiyədək razılaşdırılmış şərtlərlə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.
YeniAvropa xəbər verir ki, bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunda səsləndirib.
“Son vaxtlar sülh sazişinin 80 faizinin razılaşdırılması ilə bağlı müxtəlif platformalardan bəyanatlar səslənib. Hazırda sülh müqaviləsi layihəsinin 13 maddəsi və preambulası tam razılaşdırılıb, əsasən iki cümlədən ibarət daha üç maddə qismən razılaşdırılıb”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, razılaşdırılmış müddəaların təməl daşını beynəlxalq səviyyədə qəbul edilən fundamental normalar təşkil edir. Bunu nəzərə alaraq, Ermənistan bütün razılaşdırılmış müddəaların imzalanmasına hazırdır.