logo

İsveçrəli müğənni Bakıda 2 gün pulsuz konsert verəcək

14:58 05-09-2024 | icon 805
İsveçrəli müğənni Bakıda 2 gün pulsuz konsert verəcək

İsveçrəli müğənni Sofi dö Kue sentyabrın 18-i Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, sentyabrın 19-da isə “Events Hall”da konsert proqramı ilə çıxış edəcək.

YeniAvropa xəbər verir ki, “İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması – dünya turu” çərçivəsində reallaşacaq tədbirdə müğənni maraqlı ifalar səsləndirəcək.

Sofi dö Kue eyni səhnəni multiinstrumental ifaçı kimi istedadına görə “ahtapot adam” ləqəbi ilə tanınan Simon Jaccard ilə bölüşəcək.

Konsertlərə giriş sərvəst olacaq.

Müğənni, həmçinin sentyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında seminar keçirəcək.