I "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-dən 8-dək Bakıda ilk dəfə "Baku Cinema Breeze" adlı böyük kinofestival keçiriləcək.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, "Baku Cinema Breeze" bu günə qədər ayrı-ayrılıqda təşkil edilən Doku Baku sənədli film festivalı, BİFF Bakı Beynəlxalq Film Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı və ANIMAFILM Beynəlxalq Animasiya Festivalı kimi tanınan genişmiqyaslı layihələri bir araya gətirməklə dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq.
Festival çərçivəsində kino sənayesindəki imkanlarını nümayiş etdirən Orta Şərq və Mərkəzi Asiya miqyaslı yeni kino sənayesi bazarı “OMA” kinomarketi təşkil olunacaq.
Tədbirdə iştirakçılar bir-birləri ilə əlaqələr qurmaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı əldə edəcəklər ki, bu da regionda kino sənayesinin inkişafı üçün mühüm addım olacaq.
“Baku Cinema Breeze” festivalı əlavə olaraq ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq.
Festival müddətində şəhərin müxtəlif kinoteatrlarında və məkanlarında paytaxt sakinləri, şəhərimizin qonaqları və ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.
Audiovizual sənayenin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçiriləcək.
"Baku Cinema Breeze" layihəsi bu payız Bakının mədəni həyatında əsas hadisə olmağı və təkcə kino mütəxəssislərinin diqqətini deyil, həm də sənətsevərlərin marağını cəlb etməyi hədəfləyir.
Qeyd edək ki, www.bakucinemabreeze.az saytına daxil olaraq festival barədə daha ətraflı məlumat əldə etmək mümkündür.
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib
İlham Əliyev Nikaraqua prezidentini təbrik edib
Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib
Rusiya müharibəsi başlayandan bəri Ukrayna 3700-ə yaxın əsiri geri qaytarıb
Sabah 132 mindən çox şagird üçün ilk zəng çalınacaq
Bu gün "Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibi müəyyənləşəcək
Bakının işğaldan azad olunmasından 106 il ötür