"COP29" çərçivəsində dünya dini liderləri sammitinə hazırlıq müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasında maarifləndirmə sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, prezident İlham Əliyevin rəhbərliyi və qayğısı ilə dinimizin, ümumilikdə xalqımızın milli-mənəvi dəyərlər sisteminin qorunması, tolerantlıq, multikulturalizm ənənələrinin inkişaf etdirilməsi və təbliği istiqamətində çox mühüm tədbirlər həyata keçirilir.
Azərbaycanda mövcud olan dövlət-din münasibətləri modeli dini etiqad azadlığının sərbəst həyata keçirilməsinə imkan yaratmaqla bərabər, dini icmalar arasında qarşılıqlı anlaşmanın, həmrəyliyin dərinləşməsinə xidmət edir. Bildirilib ki, etnik-dini müxtəlifliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 konfransı çərçivəsində dünya dini liderlərinin sammitinin keçirilməsi istiqamətində hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb. Azərbaycan dövlətinin dünyada nüfuzunun artdığını, beynəlxalq səviyyədə ölkəmizə böyük etimadın mövcud olduğunu təsdiqləyən bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi üçün texniki-təşkilati məsələlərin həllində Dövlət Komitəsi ilə QMİ arasında əməkdaşlığın vacib əhəmiyyətə malik olduğu qeyd edilib. Sammitə dəvət olunacaq qonaqların ölkəmizə səfəri ilə bağlı həllini gözləyən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif ideya və təkliflər müzakirə edilib. COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq işlərinin effektiv koordinasiyası məqsədilə yaradılacaq təşkilat komitəsində Dövlət Komitəsi və QMİ nümayəndələrinin yer almasının zəruriliyi vurğulanıb.
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib
İlham Əliyev Nikaraqua prezidentini təbrik edib
Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib
Rusiya müharibəsi başlayandan bəri Ukrayna 3700-ə yaxın əsiri geri qaytarıb