logo

“Şah plov” əcnəbi turistlərin ən çox sifariş verdiyi yeməklər sırasındadır

14:37 02-01-2018 | icon 9310
“Şah plov” əcnəbi turistlərin ən çox sifariş verdiyi yeməklər sırasındadır

Azərbaycanda bayram süfrəsinin əvəzolunmaz təamı, yeməklərin şahı sayılan “Şah plov” əcnəbi turistlərin də ən çox sifariş verdiyi yeməklər sırasındadır. YeniAvropa   8 nəəfr üçün  nəzərdə tutlan “Şah plov” hazırlanması qaydasını təqdim edir. Bunun üçün bizə 1 kq düyü, 100 qr bal, 6 yumurta, 200 qr alça qurusu, 200 qr kişmiş, 200 qram ərik turşusu, 1 kq ət, 2 ədəd soğan, 500 qr kərə yağı və zövqə görə duz, istiot, zəfəran lazımdır.

Bu plovu hazırlamaq üçün əvvəlcə un, bal və yumurta ilə xəmir yoğurulur. İkinci mərhələdə bu xəmirdən lavaş yayılır və qazanın içinə sərilir. Sonra dəmlənərək süzülən zəfəranlı düyü qazana tökülür. Düyünün arasına plovun qarası sərilir. Qara üçün qoz, kişmiş ət hər biri ayrılıqda bişirilir. Qaranın üzərindən yenidən düyü döşənir və qazanın ağzı lavaşla örtülür.Sobaya qoyulan plov 180-200 dərəcə temperaturda bişirilir.

Qeyd edək ki, ölkəmizdə plovun yüzə yaxın növü bişirilsə də ən çox seviləni “Şah plov”dur. Bununla yanaşı “Döşəmə plov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma plov” da turistlər tərərfindən ən çox bəyənilən plovlar sırasındadır.