logo

Bu gün Çempionlar Liqasının yeni formatda püşkatması olacaq

12:12 29-08-2024 | icon 1519
Bu gün Çempionlar Liqasının yeni formatda püşkatması olacaq

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi keçiriləcək.

YeniAvropa xəbər verir ki, Fransanın Monako şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu mövsümdən etibarən yeni formatda təşkil olunacaq turnirdə 36 komanda mübarizə aparacaq. Püşkatma öncəsi komandalar UEFA reytinqindəki əmsallarına uyğun olaraq 4 səbətə bölünüblər.

Liqa mərhələsi sentyabrın 17-19-da oynanılacaq matçlarla başlayacaq və 2025-ci il yanvarın 29-da başa çatacaq. İlk 8 pilləni tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar.

Turnir cədvəlini 9-16-cı pillədə bitirənlər 17-24-cü yerlərdə qərarlaşan komandalarla pley-off görüşlərində üz-üzə gələcəklər. 8 cütün qalibi adını növbəti raunda yazdıracaq. Liqa mərhələsində ilk “24-lüy”ə düşə bilməyən kollektivlər avrokuboklarla vidalaşacaqlar.

1-ci səbət: “Real Madrid”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Liverpul” (hər ikisi İngiltərə), “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” (hamısı Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya)

2-ci səbət: “Bayer” (Almaniya), “Atletiko Madrid” (İspaniya), Atalanta, “Yuventus”, “Milan” (hamısı İtaliya), “Benfika” (Portuqaliya), “Arsenal” (İngiltərə), “Brügge” (Belçika), “Şaxtyor” (Ukrayna)

3-cü səbət: “Feyenoord”, PSV (hər ikisi Niderland), “Sportinq” (Portuqaliya), “Dinamo” (Xorvatiya), “Zaltsburq” (Avstriya), “Lill” (Fransa), “Srvena Zvezda” (Serbiya), “Yanq Boyz” (İsveçrə), “Seltik” (Şotlandiya)

4-cü səbət: “Slovan” (Slovakiya), “Monako”, “Brest” (hər ikisi Fransa), “Sparta” (Çexiya), “Aston Villa” (İngiltərə), “Bolonya” (İtaliya), “Jirona” (İspaniya), “Ştutqart” (Almaniya), “Şturm” (Avstriya).