Avqustun 23-də Daşkənddə Azərbaycan prezidenti İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin görüşündə Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsi müzakirə edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib.
“Yalnız mühüm olan bir layihəni ayrıca qeyd etmək istərdim. Bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması ilə bağlıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib”,-deyə İlham Əliyev vurğulayıb.