logo

I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib

18:16 29-09-2018 | icon 4767
I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib

Sentyabrın 29-da Zaqatalada I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib.

YeniAvropa xəbər verir  ki, Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan festivalda xarici ölkə səfirliklərinin əməkdaşları, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak ediblər.

Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.