logo

Bu gün Kiyevdə matəmdir:Rusiya bombardmanı nəticəsində ölənlərin sayı 30-a çatır

10:50 09-07-2024 | icon 1127
Bu gün Kiyevdə matəmdir:Rusiya bombardmanı nəticəsində ölənlərin sayı 30-a çatır

Ötən gün Rusiyanın Kiyevə raket zərbələri endirməsi nəticəsində həlak olan və yaralanan sakinlərin sayı artmaqda davam edir.

YeniAvropa xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəisi Sergey Popkonun "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə bu günə olan son məlumata görə, raket hücumları nəticəsində Ukrayna paytaxtında dördü uşaq olmaqla 27 nəfər həlak olub, 117 sakin yaralanıb.

Bundan başqa, Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, gecə saatlarında Kiyevin Şevçenko rayonunda dağıntıların altından oğlan uşağının cəsədi çıxarılıb.

Raket hücumlarının nəticələrinin aradan qaldırılması üzrə işlər şəhərin 3 məkanında davam etdirilir. Hadisə yerlərinə 377 nəfər xilasedici və Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin 76 ədəd texnikası cəlb edilib.

İyulun 8-də genişmiqyaslı raket hücumları zamanı Rusiya raketlərindən biri Kiyevdəki “Oxmatdit” uşaq xəstəxanasına düşüb. Burada 50 həkimin yaralandığı bildirilir.

Eyni zamanda, Ukrayna paytaxtının Şevçenko rayonunda evlərdən birinin bloku dağıdılıb, qonşu bloklara da ciddi zərər yetirilib.

İyulun 9-da Kiyevdə raket hücumları qurbanlarının xatirəsinə matəm günü elan edilib.