logo

Bakıda yaşayış binasında yanğın:60 nəfər təxliyə edilib

09:08 09-07-2024 | icon 630
Bakıda yaşayış binasında yanğın:60 nəfər təxliyə edilib

Bu gün gecə saatlarında paytaxtın Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində on səkkizmərtəbəli yaşayış binasının şaxtası boyunca 57 p.m elektrik kabeli, 18 ədəd elektrik sayğacı, 18 ədəd elektrik açarı və mərtəbələrdə şaxtaların plastikdən ibarət qapıları yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 24-ü uşaq olmaqla 60 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.