logo

3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə olunur-İTS

11:11 20-06-2024 | icon 3416
3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə olunur-İTS

Azərbaycanda tətbiq olunan icbari tibbi sığorta ilə uşaqdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3 300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib.

YeniAvropa xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2024) çıxışı zamanı söyləyib.

O qeyd edib ki, bu xidmətlərin sayı yeni başladıqda 1 600 idi: "Sığortadan əvvəl dövlətin səhiyyə sahəsinə xərclədiyi vəsait 750 milyon manat idisə, hazırda Fondun vəsaiti 3 milyard manata yaxınlaşır. Bizim əsas məqsədimiz heç kəsin kənarda qalmadan bu sığortalardan yararlanmasıdır. Məqsəd imkanı olmayan şəxslərin tibbi ehtiyacını qarşılamaqdır".