Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” komandasının yeni baş məşqçisi açıqlanıb.
Klubdan YeniAvropa-ya verilən məlumata görə, bölgə təmsilçisi ötən mövsümün sonunda “Turan Tovuz”dan ayrılan Ayxan Abbasova tapşırılıb.
43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ayxan Abbasov bu vəzifədə Ramiz Məmmədovu əvəzləyib.