“Azercell”in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatıb
“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “Techcell” hakatonu yekunlaşıb. Qaliblərin mükafatlandırma mərasimi UFAZ universitetində baş tutub.
Tədbirdə çıxış edən “Azercell”in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
““Azercell” innovativ düşüncə tərzi, bilik və bacarıqları ilə fərqlənən gənclərin inkişafına töhfə verən layihələri daima dəstəkləyir. Xüsusilə də gənc nəsil İKT mütəxəssislərinin yetişdirilməsi, onların peşəkar kimi formalaşması üçün lazımi şəraitin yaradılması hər zaman diqqət mərkəzimizdədir”, - deyə D. Hüseynova bildirib.
UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova qalibləri təbrik edərək gənclər arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, eləcə də innovasiya və texnologiyaya həvəsin artırılması üçün bu cür tədbirlərin önəmli olduğunu bildirib.
Münsiflər heyətinin qərarına əsasən hakatonun builki qalibi UFAZ tələbələrindən ibarət “Night Ops” komandası olub. İkinci yerə Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən “Sentinels” komandası, üçüncü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən “Delusion” komandası layiq görülüb. Qalib komandalara pul mükafatı və dəyərli hədiyyələr təqdim edilib.
Ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi müsabiqədə 30 komanda finalda yarışmaq hüququ qazanıb. 18-19 may tarixlərində baş tutan hakatonda iştirakçılar “Azercell” və UFAZ-ın peşəkar mentorlarının dəstəyilə üç nəfərdən ibarət komandalar şəklində yarışıblar. Onlar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyiblər, bu mövzuları əhatə edən proqramlaşdırma tapşırıqlarını yerinə yetiriblər.
Qeyd edək ki, “Techcell” hakatonu “Azercell” və UFAZ-ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilən sayca üçüncü hakatondur.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov