Mayın 27-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, mayın 26-sı bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. 27-də gecə və səhər əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 6, Zaqatala, Balakəndə 5, Culfa, Şahbuz, Şahdağ, Göygöl, Naxçıvan, Ordubad, Daşkəsən, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Sabirabad, Cəfərxan, Yardımlıda 4, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.
Mayın 26-sı saat 16:00 radələrində isə Gədəbəyin Düzyurt kəndinə diametri 6-8 millimetr olan, saat 16:40-16:45 radələrində isə Şahdağa dolu düşüb.
Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Zaqatala, Qrız, Lerik, Pirallahı, Binə, Neft Daşları, Çilov adasında duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25°, Naxçıvan Muxtar Respublikası 21-24°, Aran rayonlarında 22-25°, dağlıq rayonlarda 13°-dək isti olub.