"Eurovision-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı martın 15-i Bakı vaxtı ilə saat 12:30-da "Eurovision"un rəsmi "YouTube" kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi "Eurovision"da təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür. Sabah ictimaiyyətə ilk dəfə təqdim olunacaq mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles işləyib.
Qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək.
Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.