Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev baş nazir Alixan Smailovun rəhbərlik etdiyi respublika hökumətinin istefasını qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Prezidentin imzaladığı sərəncama əsasən, baş nazirinin vəzifələri müvəqqəti olaraq Roman Sklyara həvalə edilib. Eyni zamanda, Nazirlər Kabinetinin üzvlərinə hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.
Roman Sklyar əvvəllər baş nazirin birinci müavini vəzifəsində çalışıb. Aixan Smailov isə Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə 2022-ci ilin yanvarında təyin edilmişdi.
Qazaxıstan prezidentinin fevralın 7-də hökumətin geniş iclasını keçirəcəyi, iclasda respublikanın son bir ildə sosial-iqtisadi inkişafının yekunlarının müzakirə olunacağı bildirilir.