NATO-nun Baş Qərargah rəisləri Brüsseldə toplaşıb.
YeniAvropa “TRT Haber”ə istinadla xəbər verir ki, toplantıda Türkiyəni Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak təmsil edir.
Toplantıda NATO-nun müdafiə qabiliyyətinin artırılması və müdafiə ilə bağlı planları müzakirə edilib. Həmçinin Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və NATO-nun Ukraynaya dəstəyi də dəyərləndirilib. Fevralda keçiriləcək müdafiə nazirlərinin görüşündən əvvəl bu il keçiriləcək hərbi təlimlər də qərargah rəislərinin gündəliyində olub.
Toplantı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ikitərəfli görüşlər keçirib.