logo

Xankəndiyə gedərkən qəzaya düşən PFL-nin iki əməkdaşı evə buraxılıb

13:33 19-12-2023 | icon 1393
Xankəndiyə gedərkən qəzaya düşən PFL-nin iki əməkdaşı evə buraxılıb

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının(PFL) iki əməkdaşı xəstəxanadan evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Bildirib ki, qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasovun müalicəsi başa çatıb. Həkimlərin qərarına əsasən, onlar müalicələrini ev şəraitində davam etdirəcəklər.

S.Abdullayev həmçinin, bildirib ki, iki gün sonra onun özünün də evə buraxılacağı gözlənilir.

Qurumun prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin isə son durumu ilə bağlı yenilik yoxdur. Hər iki şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, PFL-in 6 əməkdaşı dekabrın 16-sı saat 07:05 radələrində Xankəndiyə gedərkən qəzaya düşüblər.