logo

DSX-nın əsgəri Qubadlıda qəfildən ölüb:Prokurorluq faktı araşdırır 

11:55 19-12-2023 | icon 2065
DSX-nın əsgəri Qubadlıda qəfildən ölüb:Prokurorluq faktı araşdırır 

Dekabrın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib.

DSX-in Mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyə olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyənləşdirilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Faktla bağlı prokurorluq orqanları ilə DSX-in birgə araşdırma işləri aparılır.

Xidmətin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.