logo

Quba və Qusara 8 sm qar yağıb,-9° temperatur qeydə alınıb

09:39 18-12-2023 | icon 2121
Quba və Qusara 8 sm qar yağıb,-9° temperatur qeydə alınıb

Dekabrın 17-dən başlayaraq Quba və Qusar rayonlarının ərazisinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən YeniAvropa-ya bildirilib ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 8 santimetrə çatır. Quba və Qusarın rayon mərkəzlərində 3 santimetr qar qeydə alınıb. Region üzrə ən aşağı temperatur (-8,6) Qırız məntəqəsində qeydə alınıb.

Qarın yağması ilə əlaqədar şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, bütün istiqamətlərdə, o cümlədən Quba-Xınalıq yolu da açıqdır.

Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları gücləndirilmiş iş rejimində çalışır. Yolların hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur.