Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında məlumat yayıb.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Şimal küləyi 14-də arabir 15-18 metr/saniyəyədək güclənəcək.
Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının intensiv olacağı ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.