logo

Böyük Britaniya Ukraynaya yeni hərbi gəmilər göndərəcək

17:17 12-12-2023 | icon 3017
Böyük Britaniya Ukraynaya yeni hərbi gəmilər göndərəcək

Böyük Britaniya Ukrayna Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirmək üçün 23 sürətli kater və 20 “Vikinq” tipli texnikanın da daxil olduğu yeni hərbi yardım partiyası tədarük edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps deyib.

Bir neçə il əvvəl Britaniya Silahlı Qüvvələrində silahlanmaya qəbul olunan həmin katerlər sürətli təxribat əməliyyatları və ya desant çıxarılması üçün nəzərdə tutulub.

NATO-nun Baş katibi Yens Stoltenberq isə öz növbəsində Macarıstan, Slovakiya və Niderlandın siyasi mövqelərinə baxmayaraq, NATO-nun Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, alyans yardımın nə qədər vacib olduğunu görür və onun həm həcmini, həm də təminat tempini artırmalı olduğunu anlayıb.

Qeyd edək ki, bir müddət öncə Böyük Britaniya Müdafiə Nazirliyi Qara dənizdə təhlükəsizliyin artırılması üçün Kiyevə “Sandown” sinfinə aid iki mina axtaran gəmi verəcəyini açıqlayıb. Eyni zamanda, Birləşmiş Krallıq və Norveç Kiyevə hərbi yardım etmək istəyən ölkələrin də daxil olacağı yeni dəniz koalisiyasının yaradıldığını elan edib.