Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 45 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.