Dekabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.
YeniAvropa xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.
Bununla da indiyədək Füzuli şəhərində 333 ailənin (1186 nəfərin) daimi məskunlaşması təmin edilib.