logo

Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-ın maraqlarına ziddir

08:49 06-12-2023 | icon 3829
Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-ın maraqlarına ziddir

Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-ın maraqlarına ziddir.

YeniAvropa xəbər verir ki, bu fikri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmirik. Bu, Amerika Birləşmiş Ştatları olaraq bizim maraqlarımıza zidd olardı. Azərbaycan və Ermənistanla birbaşa danışıqlarımızı davam etdiririk.

Biz həmçinin davamlı sülh əldə etmək üçün onlarla işləməyə davam edirik və bu, diqqətimizdə qalacaq”, - deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.