Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.
YeniAvropa xəbər verir ki, nazir Ceyhun Bayramov görüşün əvvəlində çıxış edərək bildirib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü çərçivəsində Xəzər dənizi mövzusuna dair məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparmaq imkanı yaranıb.
Nazir görüşdə iki ölkə prezidentlərinin tapşırıqlarından irəli gələn məsələlərin, eləcə də siyasət, nəqliyyat, energetika, regional təhlükəsizlik sahələrinə dair fikir mübadiləsi aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.