Böyük Qayıdış Proqramına əsasən, Şuşaya 2026-cı ilin sonuna qədər iki min ailə köçürüləcək. İlk 370 ailə isə gələn il birinci rübün sonunadək Şuşada məskunlaşacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Onun sözlərinə görə, Şuşada bu günə kimi 16 abidə tam bərpa olunub: “Eyni zamanda, bir neçə abidə üzrə bərpa işləri davam edir. Bizim gözləntilərimiz bundan ibarətdir ki, gələn il bu abidələr şəhər sakinləri, həmçinin qonaqlar üçün açıq olsun”.