Hərbi qulluqçularla bağlı bir sıra qanunlara dəyişikliklər edilir
Parlamentdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
YeniAvropa xəbər verir ki, qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Qeyd edilən dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
Yuxarıda qeyd edilənlərlə yanaşı, qanun layihəsində hərbi qulluqçuların təhsil almaq hüququnun həyata keçirilməsi ilə bağlı və başqa dəyişikliklər də əks olunub.
Müzakirələrdən sonra sənəd layihəsi birinci oxunuşda təsdiq edilib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov