Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı İbadov Elxan Əhliyyət oğlunun ekstradisiyası haqqında qərar qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Bakı şəhəri Nizami RPİ-də ibtidai istintaq edilən cinayət işi üzrə Elxan İbadovun xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
E.İbadov Gürcüstanın ərazisində saxlanılaraq dekabrın 1-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiətilə Azərbaycana gətirilib.