Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında Azərbaycan öz pavilyonu ilə təmsil olunub. Pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində dövlət siyasəti, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün görülən işlər, eyni zamanda, emissiyaların azaldılması sahəsində töhfələr barədə geniş məlumat verilib. Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir. Lakin buna baxmayaraq beynəlxalq səylərə dəstək olaraq Azərbaycan Çərçivə Konvensiyasının katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib.
YeniAvropa xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında(COP28) jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini xatırladıb ki, Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb. “Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin emissiya karbon neytrallığı zonası elan olunub. İqlim dəyişikliyinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Təkcə 2023-cü il ərzində artıq 2 milyon müxtəlif cinsli ağac əkilib. İlin sonuna qədər bu rəqəmin 3 milyona çatdırılması planlaşdırılır. Gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasında bunun böyük bir töhfəsi olacaq”, - deyə U.Tağıyeva bildirib.
Azərbaycan iqlim dəyişikliyinə həssas olan ölkələrdən biri olduğunu qeyd edən nazir müavini bildirib ki, son illərin statistik məlumatlarının təhlili göstərir ki, ölkənin iqlim dəyişikliyinə həssaslıq indeksi artır. Lakin bu, tək Azərbaycan üçün səciyyəvi deyil. Bütün dünyada təbii fəlakətlər artmaqdadır. Buna görə ölkələrin qarşısında duran digər əhəmiyyətli bir vəzifə ölkələrdə erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 2027-ci ilə qədər “Erkən xəbərdarlıq hər kəs üçün” təşəbbüsü irəli sürülüb. “Bu sahədə də Azərbaycanda dövlət investisiyaları çərçivəsində əhəmiyyətli işlər görülür. Hidrometeoroloji müşahidə şəbəkəsi ən yeni müşahidə sistemləri ilə təchiz olunur. Erkən xəbərdarlıq sisteminin regional xarakter alması Azərbaycanın məqsədlərindən biridir”, – deyə nazir müavini bildirib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov