Azərbaycandan Kahramanmaraşa humanitar yardım göndərilib
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərib.
YeniAvropa xəbər verir ki, humanitar yardımın yolasalma mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, bu il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında olub. Prezident İlham Əliyevin göstərişi ilə dərhal zəlzələ bölgəsinə Azərbaycandan xilasedicilər və humanitar yardım karvanları göndərilib. İstər Azərbaycanda, istərsə də xaricdə yaşayan azərbaycanlılar türkiyəli qardaşlarına yardım etmək üçün səfərbər olub. Havaların soyuması ilə əlaqədar zəlzələdən içərilərində azərbaycanlıların da olduğu zərərçəkmiş şəxslərə dəstək məqsədilə bu gün göndərilən yardım da həmin prosesin tərkib hissəsidir.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı növbəti humanitar yardıma görə Azərbaycan dövlətinə təşəkkür edib. Bildirib ki, istər Türkiyədəki meşə yanğınları zamanı, istər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də bu ilin fevralında baş verən zəlzələdən sonra bütün dünya “Bir millət, iki dövlət” fəlsəfəsinə söykənən Azərbaycan-Türkiyə qardaşlığına əyani şahid oldu.
Daha sonra içərisində yorğan, adyal, kondisioner, isidici və yemək bişirmək üçün sobalardan ibarət olan 2 tır Kahramanmaraş rayon Afet və Acil Durum (AFAD) Müdürlüyünə göndərilib. Humanitar yardımın tərkibi Türkiyənin Azərbaycandakı səfirliyi və AFAD-la birlikdə müzakirələr nəticəsində bölgədə hazırkı ehtiyaclar nəzərə alınaraq müəyyənləşdirilib.
Xatırladaq ki, Azərbaycan hökumətinin dəstəyi ilə ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərər çəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı, avqust ayında isə yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Hatay və ətraf bölgələrdə 1-ci sinfə gedəcək şagirdlərə dəstək üçün 3000 məktəbli dəstindən ibarət humanitar yardım göndərib.
ADDF tərəfindən göndərilən yardımlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin həyatlarının yüngülləşdirilməsi və ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri