logo

XIII Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək

21:42 30-11-2023 | icon 2135
XIII Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Ümumdünya Şəhərsalma Forumu keçən il "Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək" şüarı ilə Polşanın Katovitse şəhərində keçirilib. Növbəti Forum 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində olacaq.