logo

Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu iclası keçirilir

20:20 30-11-2023 | icon 1379
Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu iclası keçirilir

Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 30-cu iclası keçirilir.

YeniAvropa xəbər verir ki, ikigünlük iclas çərçivəsində ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini müzakirə edəcək və qiymətləndirəcəklər.

Həmçinin Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində, eləcə də təşkilatın bütün fəaliyyət sahələrində görülən işlər nəzərdən keçiriləcək.

İllik toplantı Şimali Makedoniya xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin dəvəti ilə baş tutub. Nazirlər Şurası ATƏT-in mərkəzi qərar qəbul edən və idarəetmə orqanıdır.