logo

Zəlzələ hər hansı dağıntı və xəsarətlərə səbəb olmayıb-FHN

21:51 29-11-2023 | icon 1267
Zəlzələ hər hansı dağıntı və xəsarətlərə səbəb olmayıb-FHN

Mingəçevirdə baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, noyabrın 29-da yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.