“Nərimanov” stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
"Bakı Metropoliteni" QSC-dən YeniAvropa-ya bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.