İlham Əliyev DTX-nın yeni inzibati binalarının açılışında iştirak edib
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlət başçısına məlumat verilib ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.
Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra dövlət başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb.
Qeyd edilib ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün ikimərtəbəli yeməkxanadan ibarətdir.
Dövlət başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub.
Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də baxış keçirib.
Azərbaycan prezidentinə həmçinin, digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib.
Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz edilmiş mərkəzlə də yaxından tanış olub.
Sonda prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov