Bakıda mina təhlükəsi ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilir
Noyabrın 28-də “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, iki gün davam edəcək texniki konfransın keçirilməsində məqsəd ölkəmizin mövcud mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində qlobal innovativ texnologiyaların nümayiş olunması və bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir.
Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq texniki konfransda, dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizdə mövcud mina probleminin miqyasını konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Azərbaycanda mövcud mina probleminin miqyası olduqca böyükdür. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kvadrat kilometrə yaxın ərazi minalarla çirklənib. 2020-ci ilin noyabrından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 min 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Ümumilikdə 109 min 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 min 753 piyada əleyhinə mina, 18 min 531 tank əleyhinə mina və 60 min 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.
V.Süleymanov vurğulayıb ki, mina və müharibənin partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin davamlı inkişafına, insanların rifahına və ətraf mühitə ciddi problem yaratmaqda davam edir. O, bu sahədə daha sıx əməkdaşlıq qurmağa, bilik və təcrübələri paylaşmağa, qlobal səyləri birləşdirərək mina təhlükəsindən azad bir dünya yaratmağa çağırış edib.
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək texniki konfransın beynəlxalq minatəmizləmə qurumlarının imkanlarının öyrənilməsi, bu sahədə təcrübə və nəticələrin dəyərləndirilməsi, çətinliklərin aradan qaldırılması və əməkdaşlığın təkmilləşdirilməsi baxımından əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini olduqca çətinləşdirir. Təəssüf ki, azad edilən ərazilərin 80 faizi hələ də minalardan tam təmizlənməyib”.
Tədbirdə BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək bildirib ki, mina təhlükəsi ilə mübarizə fəaliyyəti istiqamətində davamlı həll yolları tapmaq üçün innovativ yanaşmalar, texnologiyadan səmərəli istifadə və minadan təsirlənən ölkələr arasında ən yaxşı təcrübələrin paylaşılması vacib amillərdəndir. Davamlı inkişaf və sülh üçün ilkin şərt kimi, Azərbaycanda mina təhlükəsi ilə mübarizə istiqamətində tərəfdaşlığın artırılması və beynəlxalq dəstək üçün imkanlar mövcuddur.
Mina təhlükəsi ilə mübarizə sahəsində ölkəmizdə keçirilən 2-ci texniki konfransın rəsmi açılış hissəsindən sonra Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu və MAG qeyri-hökumət təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizdə ilk qadın minatəmizləmə qrupunun üzvlərinə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
Konfransda, yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə ərazilərin tədqiqatı prosesində ən son yeniliklər, mina təhlükəsi və minatəmizləmə fəaliyyətinin ətraf mühitə təsiri, məlumatların idarə edilməsi, eləcə də Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə istiqamətində müasir texnologiyaların tətbiqi mövzularında panel müzakirələr keçirilib.
Tədbir çərçivəsində əməliyyatçı qurumlar və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunur.
Konfransın ikinci günü iştirakçı qurumların müvafiq təqdimatları və panel müzakirələri ilə davam edəcək.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov