logo

Faktiki hava: bəzi dağlıq rayonlarda qar yağıb

10:50 28-11-2023 | icon 1029
Faktiki hava: bəzi dağlıq rayonlarda qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 28-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qrızda 14, Şahdağ, Altıağacda 13, Gədəbəydə 11, Xaltan, Sarıbaşda (Qax) 10, Göygöldə 4, Əlibəydə (Zaqatala) 3 santimetr olub.

XidmətdənYeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı: Sarıbaş (Qax) 15, Altıağacda 14, Xaltanda 12, Oğuzda 11, Qrızda 10, Şəkidə 9, Astara, Şamaxı, Mingəçevir, Qəbələ, Gədəbəydə 8, Lerik, Lənkəran, Yardımlı, Ağsu, Qobustan, İsmayıllı, Şahdağ, Göygöl, Ordubad, Kürdəmir, Zərdab, Xaçmaz, Beyləqan, Zaqatala (Əlibəy), Qusar, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Naftalan, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Quba, Tərtər, Şabran, Goranboy, Yevlax, Göyçayda 6 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 2 millimetrədək olub.

Qərb küləyi arabir Gəncədə 30 metr/saniyə, Naftalanda 26 metr/saniyə, Ağdamda 25 metr/saniyə, Tərtərdə 20 metr/saniyə, Mingəçevirdə 21 metr/saniyə, Yardımlı, Daşkəsəndə 20 metr/saniyə, Lerik, Bərdədə 19 metr/saniyə, Şəki, Biləsuvar, Gədəbəy 18 metr/saniyə, Zaqatalada 17 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 30-32 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.