Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-si saat 15:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimal-qərb küləyi əsib, arabir güclənib, Şahdağda qar yağıb.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, şimal-qərb küləyi arabir Salyanda saniyədə 23, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20, Cocuq Mərcanlıda 18, Sabirabadda 17, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16, Cəfərxanda 15, Bakıda və Abşeron yarımadasında 30 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3,2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15-18°, Naxçıvan Muxtar Respublikasında 16-19°, dağlıq rayonlarda 9-14°, Aran rayonlarında 22°-dək isti, yüksək dağlıq ərazilərdə 0°-dək olub.