Postmüharibə dövründə imtiyazlı şəxslərə 5500 ev verilib.
YeniAvropa xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
Şəhid ailələrinə, müharibə əlillərinə evlərin verilməsi prosesinin sürətlə aparıldığını bildirən nazir qeyd edib: “Cari il ərzində də 1500 mənzilin və evin verilməsi planlaşdırılır. Düşünürük ki, bu ilin sonuna qədər cari il üzrə hədəfimizi icra edə biləcəyik. Növbəti ildə də ali rəhbərliyin müəyyən etdiyi hədəflər əsasında mənzil təminatı proqramı icra olunacaq”.