Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti Şuşanın görməli yerlərini gəzib, şəhərlə tanış olublar.
YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşdə nümayəndə heyətİNə Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Şuşanın azad olunması zamanı Azərbaycan hərbçilərinin göstərdikləri şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Eyni zamanda, erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.
Qonaqlar mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.