logo

Füzuli şəhərinə daha 25 ailə yola salınıb

09:01 27-11-2023 | icon 1344
Füzuli şəhərinə daha 25 ailə yola salınıb

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

YeniAvropa xəbər verir ki, bu gün səhər saatlarında Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət növbəti köç karvanı Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülür.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.