Noyabrın 24-də İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 23” işə başlayıb. Sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilir.
YeniAvropa xəbər verir ki, bu il “Hibrid təhlükələrlə qlobal mübarizə: sabitlik, təhlükəsizlik, həmrəylik” mövzusuna həsr olunan konfransda ölkəmizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev təmsil edir.
O, tədbirin ikinci günü keçiriləcək “Strateji kommunikasiyaların yeni dilemmaları: İnformasiya təhlükəsizliyi və şəffaflıq” mövzusunda panel iclasda iştirak edəcək.
İki gün davam edəcək tədbirdə doqquz panel iclasında mövzu ətrafında müzakirələr aparılacaq.