Xəbər verdiyimiz kimi Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA həftəsi keçirilir.
YeniAvropa xəbər verir ki, tədbirlər çərçivəsində bu gün, noyabrın 24-də Bakıda SPECA-nın Zirvə görüşü keçiriləcək.
Zirvə görüşündə iştirak etmək üçün ötən gün Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın prezidentləri Bakıya səfər ediblər. Sammitdə həmçinin Proqramın üzvü olan ölkələrin digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.