Noyabrın 23-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
YeniAvropa xəbər verir ki, bu mərhələdə paytaxtda və Abşeronda məskunlaşan 25 ailə (93 nəfər) Laçının rayonunun Zabux kəndinə köçürülüb.
Bununla da, Zabux kəndində 121 ailənin, yəni, 475 nəfərin daimi məskunlaşması təmin edilib.
Xatırladaq ki, kəndə ilk köç bu il avqustun 25-də baş tutub.