Bakıda TürkPA-nın 15 illiyinə həsr edilmiş konfrans keçirilib
Noyabrın 21-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfrans keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən qurumun baş katibi Mehmet Süreyya Er deyib: “TürkPA-nın gördüyü işlər üzv dövlətlər tərəfindən hər zaman dəstəklənib. TürkPA regional və beynəlxalq təşkilatlarla geniş əlaqələr qurub, münasibətlərini genişləndirir”.
O əlavə ki, Türk dünyasında gedən proseslərdə TürkPA fəallıq nümayiş etdirir.
Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten vurğulayıb ki, hazırda Şərq dövlətləri inkişaf mərhələsinə qədəm qoyub. Buna zəmin yaradan bir neçə amil var. Belə ki, ortaq tarix və dil, əhalinin artan sayı birgə əməkdaşlığı inkişaf etdirən əsas məsələlərdəndir.
O deyib ki, qlobal imperializmə, eyni zamanda, islamofobiyaya qarşı mübarizə üçün Türk dünyasının birgə əməkdaşlığı vacibdir.
Digər çıxış edənlər Türk dünyasının birləşməsinin tarixi zərurətə çevrildiyini vurğulayıblar. Ortaq mədəniyyətin, tarixin, dilin, dinin qarşılıqlı əməkdaşlığın inkişafına zəmin yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, Türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının önəmi qeyd olunub, bu barədə təkliflər səsləndirilib.
Tədbirdə Türk dövlətləri arasında təhsil sahəsində münasibətlərin, o cümlədən əlifba və dil birliyinin vacibliyi, tələbə təqaüdlərinin təsis olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Konfrans TürkPA-nın keçmişi, bugünkü vəziyyəti və perspektivləri haqqında müzakirələrlə yekunlaşıb.
Sonra ailə fotosu çəkdirilib.
Qeyd edək ki, konfransda Milli Məclisin deputatları, Türkiyənin, Qırğızıstanın, Özbəkistanın, Şimali Kiprin, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT), “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY), Türk Dövlətləri Təşkilatının (TDT), Müstəqil Dövlətlər Birliyinin (MDB) nümayəndələri iştirak ediblər.
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək