logo

Xaçmazda zəlzələ olub

17:17 21-11-2023 | icon 1477
Xaçmazda zəlzələ olub

Noyabrın 21-də Quba seysmoloji stansiyasından 28 kilometr şimal-şərqdə Xaçmaz rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 15:33-də qeydə alınan zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.

Ocağı 6 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar hiss olunmayıb.