Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfrans keçirilir
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda tədbir keçirilir.
YeniAvropa xəbər verir ki, əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevin tədbirin iştirakçılarına ünvanladığı müraciət səsləndirilib.
Müraciəti Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbir iştirakçılarına oxuyub.