logo

Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kənd bərpa ediləcək

12:02 20-11-2023 | icon 1106
Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kənd bərpa ediləcək

Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə 20 Noyabr - Ağdam Şəhəri Günü ilə bağlı  Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev KİV-ə müsahibəsində deyib.

“Ümumiyyətlə, Ağdam rayonu üzrə bir çox layihənin icrası nəzərdə tutulur. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə, ümumilikdə, 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub”, - deyə o əlavə edib.

Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür. Bu gün - noyabrın 20-də şəhər erməni işğalçılarından azad edilib. Prezident İlham Əliyev imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.