Noyabrın 20-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
YeniAvropa xəbər verir ki, bu mərhələdə paytaxtda və Abşeronda məskunlaşan 25 ailə (91 nəfər) Laçının rayonunun Zabux kəndinə köçürülüb.
Bununla da indiyədək Zabux kəndində 96 ailənin, yəni, 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Xatırladaq ki, kəndə ilk köç bu il avqustun 25-də baş tutub.